Kubik sinqoniya

Kubik sinqoniya — ali kateqoriyalı kristalloqrafik sinqoniya. Bir-birinə perpendikulyar və eyni ölçü vahidinə malik üç kristalloqrafik oxla səciyyələnir (α=β=γ=90°, α=b=c). Kubik sinqoniya kristallarında məchul həndəsi sabit yoxdur. Kubik sinqoniya kristallarının fəza şəbəkəsində elementar özək kubdur. 5 sinfi var. Bunların hər birində 4 üçlük simmetriya oxunun (4L³) iştirakı zəruridir.

Kubik sinqoniya kristalları elektrik və istilikkeçirmələrinə, həmçinin optik xassələrinə görə izotropdur.


© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search